Xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun vəfatından sonra boş qalan Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədrliyinə namizəd göstərilib.

Məsələ ilə bağlı Rasim Balayev Teleqraf.com-a açıqlamasında əməliyyat olunduğunu və bu haqda düşündüyünü dilə gətirib:

“Hələ heç bir söz deyə bilmirəm. Bu bir fikirdir, görək nə dərəcədə reallaşacaq. Onu gələcək göstərər. Sağlıq olsun…Düşünürəm. Səhhətimdə problem var. Əməliyyat olmuşam, mədə polipi vardı. Dünən əməliyyat olundum, indi özümü normal hiss edirəm. Hazırda xəstəxanadan evə gedirəm".