BAKI, 26 may. TELEQRAF

Azərbaycanda suvarma suyunun keyfiyyət monitorinqi və idarəetmə sisteminin yaradılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Layihə çərçivəsində irriqasiya və meliorasiya şəbəkələrində olan suyun analizinin aparılması mexanizminin formalaşdırılması dair təkliflər hazırlanacaq.

Növbəti mərhələdə azı 3 pilot regionda suyun keyfiyyəti ilə bağlı monitorinq sistemi tətbiq ediləcək.

Layihə üzrə əsas icraçı orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı qurumlar isə İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyidir.