BAKI, 25 may. TELEQRAF
Azərbaycanda ümumilikdə 480 min hektar örüş və otlaq sahələrinin münbitliyi yaxşılaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.
Qeyd olunan tədbir üzrə örüş və otlaqların səmərəli idarə olunması məqsədilə rəqəmsal həllər tətbiq ediləcək. Eyni zamanda, örüş və otlaqların elektron uçotunun qurulması, örüş və otlaqların münbitliyinin qorunması üçün subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulub.
Layihə üzrə əsas icraçı orqanlar Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi, digər icraçı qurum isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.