BAKI, 29 mart. TELEQRAF

İran ətrafında davam edən hərbi-siyasi gərginlik qlobal gübrə bazarında ciddi böhran riski yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, münaqişə səbəbindən karbamid, ammonyak və kükürdün ixracı artıq 27 gündür ki, dayandırılıb. Bu fasilə Şimal yarımkürəsinin əsas kənd təsərrüfatı bölgələrində intensiv əkin mövsümünün yaxınlaşdığı ərəfəyə təsadüf etdiyi üçün bazarda narahatlıq doğurur.

Analitiklər xəbərdarlıq edir ki, kritik strateji xammalın tədarükündəki bu axsama kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına və qlobal ərzaq təhlükəsizliyinin risk altına düşməsinə səbəb ola bilər.