Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf.com xəbər verir ki, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,82 dollar artaraq 41,06 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barreli 0,34 dollar və yaxud 0,85% bahalaşaraq 40,39 dollar olub. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barrelinin qiyməti 0,66 dollar və 1,74% artaraq 38,5 dollar təşkil edib.