BAKI, 5 mart. TELEQRAF

Vergi sistemi makro-iqtisadi sabitliyinin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi proseslərin balanslı şəkildə tənzimlənməsində mühüm rol oynayır. Azərbaycan vergi siyasətində fiskal balansı qorumağı bacarıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.

O bildirib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağrışlar formalaşdırıb:

“Son dövrlər dünya iqtisadiyyatında müşahidə olunan proseslər bir daha göstərir ki, makro iqtisadi sabitlik özü-özünə formalaşan bir nəticədir. Bu, ardıcılı siyasətin, ehtiyatlı fiskal yanaşmanı və institusional qərarların məcmusudur. Bir çox ölkələr artan büdcə defisitləri, borclanma təzyiqləri və inflyasiya ilə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələri sırasındadır. Bu balansın qorunması təkcə büdcə göstəriciləri ilə ölçülmür. Əsas məsələ iqtisadiyyata olan etibarın saxlanılması, dövlətin maliyyət öhdəliklərini vaxtında və dayanıblı şəkildə həyata keçirməsidir”.