BAKI, 7 mart. TELEQRAF
Rusiyanın Xarkova hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından 11 nəfərin meyitini çıxarıblar.
***
16:05
Xarkovda Rusiya təyyarələrinin hücumu nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər 5 mərtəbəli binanın dağıntıları altından 9 nəfərin cəsədini çıxarıblar.
***
14:11
Xarkovda beşmərtəbəli yaşayış binasına Rusiya təyyarələrinin gecə hücumu nəticəsində iki ana və uşaqları həlak olub, 15 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
O əlavə edib ki, yaşayış binasına hücumun baş verdiyi yerdə axtarış-xilasetmə əməliyyatları davam edir.
***
11:23
Rusiya təyyarələrinin Xarkova hücumu 7 nəfərin ölümünə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət xidməti məlumat yayıb.
Bildirilib ki, Xarkov şəhərində Rusiyanın raket zərbəsi nəticəsində 5 mərtəbəli binanın dağıntıları altından 7 nəfərin cəsədi çıxarılıb.
Xilasedicilər qeyd ediblər ki, hələ də dağıntılar altında insanlar qalıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbə qonşu binanın 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər girişini və dördüncü və beşinci mərtəbələrdəki mənzillərin konstruksiyalarını dağıdıb. İlkin olaraq 2-si uşaq olmaqla 10 nəfər yaralanıb və 4 nəfər xilas edilib.
***
Martın 7-nə keçən gecə Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində yaşayış binasının bir hissəsi dağılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Xarkova endirilən raket və dron zərbələri nəticəsində beşmərtəbəli binanın bir hissəsi dağılıb. Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından 5 nəfərin cəsədini çıxarıblar.