BAKI, 7 mart. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində Macarıstan yığmasının qonağı olub.

Teleqraf xəbər verir ki, Felçutdakı “Panço Arena”da baş tutan qarşılaşma Siyasət Əsgərovun komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Oyunu Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edib.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanıb.