BAKI, 7 mart. TELEQRAF

İranın telekommunikasiya sistemini məhv etmişik.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Doral şəhərində keçirilən "Amerika Qalxanı" sammitində bildirib.

"Biz onların rabitəsini məhv etdik, bütün telekommunikasiya vasitələri yox oldu. İndi necə əlaqə saxlayacaqlarını bilmirəm, amma düşünürəm ki, bir şey tapacaqlar. İran nüvə silahına yaxın idi və ABŞ məhv etməsəydi, onu istifadə edərdi. Biz dünyaya yaxşılıq etdik. Bu, edilməli olan bir şey idi və biz bunu yaxşı edirik”,- deyə o vurğulayıb.