BAKI, 6 mart. TELEQRAF
Bu gündən Bakı metrosunun hərəkət qrafikində yenilik edilərək 35 cütlük qatarların istifadəsinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İdarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı metrosunun qarşıya qoyduğu əsas hədəflərdən biri məhz intervalların azaldılmasıdır:
“Sənişinlərin artımı hər il müşahidə olunur və ötən il ərzində 2009-cu ildən bu vaxta kimi 30 cütdən yuxarı hərəkət qrafiki təqdim olunmamışdır ki, son bir ildə biz ilk olaraq 32 cüt qatara, daha sonra 34 cüt qatarların istifadədinə başladıq”.