BAKI, 6 mart. TELEQRAF

İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan Teleqraf-a verilən məlumat görə, təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.

Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib.