BAKI, 6 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" aprel ayı üçün asiya və avropalı alıcılarına xam neftin satış qiymətini artırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" şirkətin məlumatlarına istinadən məlumat yayıb. Bu, 2022-ci ilin avqust ayından bəri ən böyük artımdır.

Asiyalı alıcılar üçün "Arab Light" markalı xam neftin qiyməti barel üçün 2,50 dollar artırılıb. Halbuki treyderlər artımın bir barel üçün cəmi 0,80 dollar olacağını gözləyirdilər. Avropa və Aralıq dənizi coğrafiyasında yerləşən alıçılar üçün bir barel 3,50 dollar, ABŞ üçün isə 2,50 dollar yüksəldilib.

Qiymət artımı Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Hörmüz boğazının faktiki olaraq bağlanması ilə əlaqədardır.