BAKI, 6 mart. TELEQRAF
"Ras Laffan" zavodunda mayeləşdirilmiş təbii qaz istehsalının dayandırılmasından sonra Qətər bir neçə qaz tankerini icarəyə təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi treyderlərə və gəmi izləmə məlumatlarına istinadən məlumat yayıb.
İki qaz tankeri Əl-Tumama və Mesaied hazırda Afrikanın qərb sahillərindədir. Gəmilər milli neft və qaz şirkəti olan "Qatar Energy"dən uzunmüddətli icarəyə götürülüb.
Qətər dünyanın ən böyük üç mayeləşdirilmiş təbii qaz ixracatçısından biridir. Ölkənin şimalında, Dohadan təxminən 80 km məsafədə yerləşən "Ras Laffan" sənaye klasterində ölkənin əsas qaz mayeləşdirmə, saxlama və daşıma müəssisələri yerləşir. Kompleksin infrastrukturuna ildə təxminən 77 milyon ton ümumi tutumu olan 14 mayeləşdirilmiş təbii qaz qatarı daxildir.