BAKI, 7 mart. TELEQRAF
Küveyt Neft Korporasiyası İranın hücumlarına görə neft hasilatını və emal həcmlərini azaltmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.
"İran İslam Respublikasının Küveyt Dövlətinə təkrarlanan və qanunsuz hücumları ilə əlaqədar olaraq neft hasilatının və emal əməliyyatlarının azaldılması barədə qərar qəbul edilib" - məlumatda qeyd olunur.