BAKI, 7 mart. TELEQRAF

ABŞ-nin regionda hərbi bazaları qaldığı müddətcə Yaxın Şərqdə sülh mümkün deyil.

Teleqraf xəbər verir ki, bu barədə İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib.

O, X səhifəsində yazıb: "Amerika bazaları Yaxın Şərq qaldıqca sülh olmayacaq. İran hökumət rəsmiləri və xalqı bu prinsipdə birləşib".