BAKI, 5 mart. TELEQRAF
Yaxın günlərdə “Kapital Bank” və “Paşa Bank” ilə birgə-yeni bir sosial əçəkdaşlıq layihəsinə başlayırıq. Layihənin məqsədi “ƏDV geri al” mexanizmini vətəndaşlar üçün daha da sadələşdirmək və geri qaytarılan vəsaitlərin daha operativ şəkildə əldə olunmasını təmin etməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.
O bildirib ki, “Kapital Bank” və “Paşa Bank” kartları ilə edilən ödənişlər zamanı yeni nəsil nəzarət-kassa aparatlarının çek məlumatları elektron kabinetdə artıq avtomatik əks olunacaq və geri qaytarılan müraciətin formalaşdırılması prosesi tam olaraq avomatlaşacaq.
“Bu addım həm şəffaflığı artıracaq, həm də vətəndaşlar üçün prosesi asanlaşdıracaq,” deyə o əlavə edib.