BAKI, 5 mart. TELEQRAF

2025-ci ildə Azərbaycanda cəmi vergi daxilolmaları proqnoza münasibətdə 5,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 2,9 faiz artıb. Ümumilikdə dövlət büdcəsinə 16,4 mlrd. manata yaxın vergi daxilolması təmin edilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 mlrd. manatı keçib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.

O bildirib ki, ötən il Dövlət Vergi Xidmətinin üzərində olan fiskal daxilolmaların həcmi 24,2 mlrd. manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1 faizini təşkil edir.

Orxan Nəzərli əlavə edib ki, 2025-ci ilin nəticələrinə görə, könüllü əməletmə göstəricimiz 92,6 faiz təşkil edir:

“Qeyd etmək istərdim ki, 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb”.