2016-cı ilin fevral ayı ərzində 2 milyon 387 min 142 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Publika.az xəbər verir ki, bu həcmin 1 milyon 342 min 125 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 milyon 235 min 233 ton olub.


Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il mart ayının 1-nə qədər Ceyhan limanından 296 milyon 429 min 005 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.