BAKI, 18 mart. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda 36,3 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz az yük, 331,9 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox sərnişin daşınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, yüklərin 60,3 faizi avtomobil, 29,3 faizi boru kəməri, 6,8 faizi dəmir yolu, 3,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,7 faizi avtomobil, 10,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.