BAKI, 19 mart. TELEQRAF
Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.