BAKI, 18 mart. TELEQRAF

ABŞ və İsrailin İranın neft və qaz obyektlərinə hücumları və Tehranın onları cavab tədbirləri ilə hədələməsi nəticəsində neft və təbii qazın qiyməti kəskin şəkildə artıb.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, "Brent" markalı xam neftin qiyməti 5% artaraq bir barel üçün 108,60 dollara çatıb. Bu arada, ticarət məlumatlarına görə, Avropa qaz etalonu 7,9% bahalaşıb.

Qeyd edək ki, İslam Respublikasının Mərkəzi Komandanlığının sözçüsü Xatəm əl-Ənbiya ölkəsinin neft obyektlərinə edilən zərbələrə cavab olaraq düşmənin bütün yanacaq infrastrukturunu məhv edəcəklərini açıqlayıb.