BAKI, 19 mart. TELEQRAF
“Pxumçaytxai” Partiyasının sədri Anutxin Çanvirakun ölkədə keçirilən parlament seçkilərindən sonra yenidən Tailandın Baş naziri seçilib.
Teleqraf xəbər verir ki, bu, Milli Assambleyanın (parlament) Nümayəndələr Palatasının (aşağı palatası) üzvlərinin səsləri ilə təsdiqlənib.
Çanvirakunun namizədliyini 500 yerlik Nümayəndələr Palatasının 250-dən çox üzvü dəstəkləyib. Hakim koalisiya 292 yerə malikdir.
Müxalif Xalq Partiyasının sədri Nattxapxonq Raanqpanyavut 105 xalq nümayəndəsinin dəstəyini qazanıb.
Beləliklə, Nümayəndələr Palatasının sədri Sopxon Saram Çanvirakunun namizədliyini rəsmi təsdiq üçün Kral Maxa Vaçiralonqkorna (X Rama) təqdim etməlidir, bundan sonra hakim koalisiya kabinet formalaşdırma prosesinə keçə bilər.