BAKI, 18 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında magistral qaz kəmərləri ilə 7446,4 milyon kub-metr qaz nəql edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.
Qazın nəqlinin 49,4 faizi (3682,0 milyon kub-metr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.