BAKI, 17 mart. TELEQRAF

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti fövqaladə hallara hazırlıq məqsədilə 11,7 milyon manatlıq layihələrin icrasına qərar verib.

Teleqraf xəbər verir ki, qurum elektrik verilişi xətlərində online diaqnostika üçün avadanlıqların satınalınması ilə bağlı 5 milyon 990 min manat dəyərində tender elan edib.

Qurumun daha bir tender elanı elektrik verilişi xətlərində online diaqnostika üçün avadanlıqların satınalınması ilə bağlıdır.

Bu satınalmanın dəyəri 5 milyon 740 min 471 manatdır.