BAKI, 19 mart. TELEQRAF
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
Teleqraf xəbər verir ki, 488 ton buğda yüklü qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
***
8:15
Bu gün Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana daha 7 vaqon buğda göndərilir.
Teleqraf xəbər verir ki, 488 ton buğda yüklü 7 vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.