BAKI, 18 mart. TELEQRAF

Çexiya və Slovakiya "Drujba" boru kəməri ilə neftin geriyə axınını təmin etmək üçün təxminən 1 milyard Çex kronu (3,8 milyard rubl) sərmayə qoymaq barədə razılığa gəliblər.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib.

Qeyd edək ki, Ukrayna Macarıstan və Slovakiyaya neft axınını bərpa etmək məqsədilə zədələnmiş “Drujba” boru kəmərinin təmiri üçün Aİ-nin texniki və maliyyə dəstəyini qəbul edib.

Kiyev bu ilin yanvar ayında Rusiyanın zərbələri nəticəsində zədələnən boru kəmərinin yoxlanılmasına ilk dəfədir icazə verir. Rusiya neftinin tədarükünün bu boru kəmərindən asılı olan Budapeşt Ukraynanı təmir işlərini gecikdirməkdə ittiham edib və Komissiyanı dəfələrlə zərərin səviyyəsini qiymətləndirmək üçün texniklər göndərməyə çağırıb.