BAKI, 18 mart. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyon 343,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 8 milyard 187,9 milyon kubmetr təbii qaz hasil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hasil edilən xam neftin 4 milyon 331,9 min tonu əmtəəlik neftin, təbii qazın 6 milyard 496,8 milyon kubmetri isə əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən neft və əmtəəlik neft hasilatı 3% azalıb.

Cari ildə təbii qaz hasilatı 2,3%, əmtəəlik qaz hasilatı isə 3% artıb.