BAKI, 19 mart. TELEQRAF

"Araz-Naxçıvan"ın iki futbolçusu milliyə dəvət olunub.

Teleqraf xəbər verir ki, qapıçı Kristian Avram və yarımmüdafiəçi Felipe Santos yığma komandalara dəvət alıb.

Qolkiper Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək. Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.