BAKI, 18 mart. TELEQRAF
Azərbaycan 2026-cı ilin yanvar-fevral aylarında 21 milyon 869.35 min ABŞ dolları dəyərində 68 min 763.45 ton azot gübrəsi ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkədən azot gübrəsinin ixracında 43.8% azalma olub. Dəyər ifadəsində isə 39.3% azalma qeydə alınıb.
Xatırladaq ki, 2025-cü ilin yanvar-fevral Azərbaycandan 36 milyon 8.33 min dollar dəyərində 122 min 383.30 ton azot gübrəsi ixrac edilmişdi.
Ötən il ümumi ixracın 0.60%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3.77%-i azot gübrəsinin payına düşüb.