BAKI, 19 mart. TELEQRAF

Fransanın kiçik Arsi-sur-Ob şəhərində mer seçkilərinin birinci turunun nəticələri namizədlərin soyadlarının qeyri-adiliyi səbəbindən müzakirə mövzusuna çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

İlk mərhələdə qalib gələn hazırkı mer Çarlz Hitler və rəqibi Antuan Reno-Zelenski ikinci tura yüksəliblər. Namizədlərin soyadları Almaniyanın keçmiş lideri Adolf Hitler və Ukrayna Prezidenti Volodimir Zelenski ilə oxşarlıqlarına görə istifadəçilərin diqqətini çəkib.

Fransa mətbuatı vəziyyətin həm təəccüblü, həm də istehzalı reaksiyalara səbəb olduğunu yazıb.

Çarlz Hitler uşaqlıqdan bəri soyadı ilə bağlı zarafatlara öyrəşdiyini deyir:

“Bunu normal qəbul edirəm, öyrəşmişəm. Çətin olmasına baxmayaraq, həmişə ailə adını ləyaqətlə daşımağa çalışıb”.

Hitler gəncliyində istehza ilə qarşılaşdığını etiraf edib, amma bu gün bunu daha sakit qəbul edir.

Hitlerin rəqibi, 28 yaşlı Antuan Reno-Zelenski ikiqat soyadının mənşəyini izah edib: Reno atasından, Zelenski isə polyakəsilli anasından.

“Əvvəl düşünürdüm ki, bu, yalnız sosial media ilə məhdudlaşacaq, amma sonra hamı bu barədə danışmağa başladı”, - Reno-Zelenski əlavə edir.

Yarışın hər iki iştirakçısı əsasən yumoristik şərhlər aldıqlarını və nifrətlə qarşılaşmadıqlarını söyləyirlər. Reno-Zelenskinin sözlərinə görə, bu vəziyyət hətta şəhərə diqqət çəkməyə kömək edir.

Seçkilərin ikinci turu martın 22-də keçiriləcək və meriyaya kimin rəhbərlik edəcəyi o gün müəyyənləşəcək.