BAKI, 18 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə 4 milyon 55,1 min ton neft (nəqletmənin 77 faizi) ötürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 faizini (3 milyon 368,7 min ton) Azərbaycanda hasil edilən neft, 16,9 faizini (686,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.