BAKI, 8 noyabr. TELEQRAF

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi Zəfərin 6-cı ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik”.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin qüdrətini daha da artırıb:

“Bu tarixi Zəfər işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi, iqtisadi potensialımızın gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni imkanlar yaradıb. Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq. Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!”