BAKI, 27 oktyabr. TELEQRAF

Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclası ilə bağlı böyük gözləntilərimiz var.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı Missiya rəhbərinin müavini Tereza Lünemann Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-konfransında deyib.

O qeyd edib ki, siyasi öhdəliklər vacibdir, lakin praktiki və konkret addımların atılması üçün heç də həmişə kifayət etmir:

“Ümid edirəm ki, burada iştirak edən Alman və Azərbaycan şirkətlərinin nümayəndələri əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlıdır.

Sizin fəaliyyət göstərdiyiniz sahədə, xüsusilə qida məhsullarının emalı və qablaşdırılması sektorunda əməkdaşlıq üçün çoxsaylı imkanlar mövcuddur”.