BAKI, 20 oktyabr. TELEQRAF
17.10.2026-cı il tarixində saat 16:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1983-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.
TƏBİB-dən Teleqraf-a verilən məlumata görə, çoxsaylı yara diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
***
19:21
Sumqayıtda istehsalat müəssisəsində bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə “ATS Food” MMC-də qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Aynurə Akif qızı Rəşidova müəssisədə xəmir yoğuran avadanlıqda işləyərkən xəsarət alıb.
Hadisənin təfərrüatları araşdırılır.