BAKI, 20 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uittkoffun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Stere də iştirak edir.

Danışıqlara səhhətindəki nasazlıq səbəbindən şəxsən qatıla bilməyən Cared Kuşner videobağlantı vasitəsilə qoşulub.