BAKI, 7 avqust. TELEQRAF
Dövlət Neft Fondu (ARDNF) 2025-ci ildə gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması üzrə dövlət proqramının maliyyələşdirilməsinə 86,9 mln manat vəsait ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Məlumata görə, Fonddan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” üzrə 2025-ci ildə 90,8 mln manat vəsaitin ayrılması planlaşdırılıb. Faktiki icra səviyyəsi isə 95,7% olub.
Hesabat ilində ARDNF tərəfindən maliyyələşdirilən tələbələrin ümumi sayı 1186 nəfər təşkil edib. Onlardan 833 nəfəri magistratura, 337 nəfəri bakalavriat, 16 nəfəri isə doktorantura pilləsində təhsil alıb.