BAKI, 7 avqust. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şəkər Qiymətləri İndeksi iyulda orta hesabla 95 bənd təşkil edib.
Teleqraf təşkilata istinadən xəbər verir ki, bu göstərici iyun ilə müqayisədə 5,1 bənd və ya 5,6% çoxdur.
Bununla belə, indeks ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 bənd və ya 8,0% aşağı olaraq qalıb.
Qiymət artımına əsasən Avropa İttifaqında davam edən isti və quraq hava şəraitinin məhsuldarlığa mümkün mənfi təsiri, eləcə də Asiyanın əsas istehsalçı ölkələrində “El Niño” təbiət hadisəsi ilə əlaqəli hava şəraitinin istehsala təsiri ilə bağlı narahatlıqlar səbəb olub.
Braziliyanın əsas şəkər qamışı istehsal bölgəsi olan Mərkəz-Cənub regionunda məhsul yığımının yaxşılaşması beynəlxalq şəkər qiymətlərində artımın daha da sürətlənməsinin qarşısını alıb.