BAKI, 7 avqust. TELEQRAF

2026-cı ilin yanavr-iyun aylarında dövlət büdcəsindən investisiya proqramı üzrə ayrılan 2,7 milyard manatın 810,2 milyon manatı və ya 30%-i istifadə olunub.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, investisiya proqramı çərçivəsində ən çox vəsait nəqliyyat sektoruna yönəldilib.

Belə ki, nəqliyyat sektoru (42 layihə) üzrə 1 milyard 10,9 milyon manat ayrılıb, bu vəsaitin 337,8 milyon manatı xərclənib. İcra səviyyəsi 33% təşkil edib.

Su təsərrüfatı və meliorasiya sahəsinə (88 layihə) 568,7 milyon manat ayrılıb, bunun 151,2 milyon manatı və ya 27%-i istifadə olunub.

Sosial layihələr (63 layihə) üzrə 255,1 milyon manatın 51,2 milyon manatı (20%), energetika və sənaye sahəsində (11 layihə) isə 211,5 milyon manatın 37,9 milyon manatı (18%) icra edilib.

Müdafiə və hüquq-mühafizə istiqamətində (40 layihə) 176,8 milyon manatın 60,9 milyon manatı xərclənib ki, bu da 34%-lik icra deməkdir.

Digər layihələr (43) üzrə isə 477 milyon manatın 171,2 milyon manatı istifadə olunub və icra səviyyəsi 36% olub.

İnvestisiya proqramı çərçivəsində ümumilikdə 287 layihə icra edilib.

Qeyd edək ki, investisiya layihələri üzrə xarici kreditlər hesabına əlavə 99,2 milyon manat vəsait də istifadə olunub.