BAKI, 7 avqust. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2026-cı ilin iyulda orta hesabla 131,1 bənd təşkil edib.
Teleqraf təşkilata istinadən xəbər verir ki, bu göstərici iyun ayı ilə müqayisədə 0,7 bənd və ya 0,6% çoxdur.
Artım əsasən taxıl, şəkər və bitki yağları üzrə qiymət indekslərinin yüksəlməsi ilə bağlı olub. Bununla yanaşı, ət və süd məhsulları üzrə qiymət indekslərindəki azalma ümumi artımı qismən məhdudlaşdırıb.
İllik müqayisədə isə Ərzaq Qiymətləri İndeksi 1,3 bənd və ya 1% artıb. Bununla belə, indeks 2022-ci ilin mart ayında qeydə alınan tarixi maksimum səviyyədən hələ də 29,1 bənd və ya 18,2% aşağıdır.