BAKI, 31 iyul. TELEQRAF
Baş nazir Əli Əsədov Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsindəki su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar imzalayıb.
Teleqraf xəbər verir ki, qərara əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan bölməsində dənizdə külək elektrik stansiyalarının tikintisi üçün 711,4 kvadratkilometr sahə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunub.