BAKI, 23 iyul. TELEQRAF

İmişli rayonunun Çaxırlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Teleqraf-ın xəbərinə görə, araşdırmalarla yanğının kənd sakini, 30 yaşlı Rəhman Məmmədzadə tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən şəxs barəsində məsuliyyət tədbiri görülüb.