BAKI, 28 may. TELEQRAF

Qazaxıstan və Rusiya Çinə neft tranzitinin həcminin daha 2,5 milyon ton artırılmasını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, tərəflər arasında bununla bağlı müvafiq razılaşma imzalanma üçün yüksək hazırlıq mərhələsindədir:

"Sənəd imzalanacağı təqdirdə, Rusiya neftinin Qazaxıstan ərazisindən tranzitinin həcmi hazırkı 10 milyon tondan 12,5 milyon tona qədər yüksələ bilər".