BAKI, 19 may. TELEQRAF
ADY-nin WUF13 tədbiri çərçivəsində birinci infosessiyası baş tutub.
Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Bildirilib ki, böyük maraqla qarşılanan infosessiyada iştirakçılara dəmir yollarının fəaliyyəti və inkişaf planları haqqında geniş məlumat verilib, həmçinin suallar cavablandırılıb.
AZCON Holding-in D15 stendində ADY-nin ikinci infosessiyası 20 may saat 12:00-da keçiriləcək.