BAKI, 16 aprel. TELEQRAF

Cari ilin mart ayında Azərbaycana Niderland Krallığından 960 ABŞ dollar dəyərində Ermənistan mənşəli qızılgül idxal edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Statistikasından məlumat verilib.

Bildirilib ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mart ayı üzrə "Gömrük statistikası" hesabatında 2026-cı ilin mart ayında Azərbaycanın Ermənistandan 960 dollar dəyərində məhsul idxal etdiyi qeyd edilib.

Cari ilin yanvar-mart aylarında isə Azərbaycandan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları həcmində məhsul ixrac olunub.