ZƏNGİLAN, 16 aprel. TELEQRAF
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya vətəndaşlarının İrandan təxliyəsi və humanitar yüklərin çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında deyib.
"Rusiya vətəndaşlarının İrandan təxliyəsi və İran xalqı üçün humanitar yüklərin çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təşəkkürümü bildirirəm. Bayram günlərinə baxmayaraq, Azərbaycan 500-dən çox vətəndaşımızın təxliyəsində, həmçinin dərman və qida məhsullarının çatdırılmasında zəruri köməklik göstərdi", - o qeyd edib.