BAKI, 16 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 6 milyard 257 milyon 77.87 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 1 milyard 883 milyon 209.14 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən ilə müqayisədə 6.07% artıb, dəyəri isə 14.62% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 34.86% olub.
İxrac edilən neftin həcminə gəlincə, ilin ilk üç ayında 2 milyard 500 milyon 709.51 min dollar dəyərində 5 milyard 77 milyon 834.33 min ton xam neft və xam neft məhsulları satılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 15.53%, dəyəri isə 25.05% azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46.29% olub.