BAKI, 16 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Ermənistandan 960 dollar dəyərində məhsul idxal edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Ermənistana isə 5 milyon 757.48 min ABŞ dolları həcmində məhsul ixrac olunub.

Müvafiq göstərici ölkənin ümumi ixracının 0,11 faizini təşkil edib.

Qeyd edək ki, ayın əvvəlində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan ölkəsinin Azərbaycana ixrac edə biləcəyi hər hansı bir məhsulun olub-olmadığı barədə jurnalistlərin sualına müsbət cavab verib:

"Belə məhsullar var. Folqa idxalı üçün konkret sorğu var. Azərbaycan folqa üçün konkret qiymət istəyib və istehsalçımız bunu təmin edib".