BAKI, 27 mart. TELEQRAF
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov hesab edir ki, Yaxın Şərqdə gərginləşən münaqişə fonunda Hörmüz boğazının bağlanması artıq dünyada logistika xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub və nəticədə qlobal inflyasiya da artacaq.
Teleqraf xəbər verir ki, bu fikirləri nazir Rusiyanın "Birinci Kanal"ına müsahibəsində deyib.
O qeyd edib ki, Hörmüz boğazı bağlıdır, gəmilər ilişib qalıb və bütün bu vəziyyət bu və ya digər şəkildə, qlobal iqtisadiyyatda inflyasiyanın artmasına səbəb olacaq.
Nazir, Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq, qlobal iqtisadiyyatda logistika xərclərinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: "Bununla belə, Şimal-Cənub dəhlizi çərçivəsində ticarət davam edir. Ölkəmizdə ticarət, ümumiyyətlə, əsasən, Azərbaycan vasitəsilə həyata keçirilən avtomobil nəqliyyatı ilə həyata keçirilib və bu, davam edir".