BAKI, 19 mart. TELEQRAF

Londonun ICE birjasında Brent markalı xam neftin fyuçersləri 118,349 dolları keçib.

Teleqraf xəbər verir ki, Bakı vaxtıilə saat 13:25-ə olan birja məlumatlarına görə, Brent markalı xam neft 11% bahalaşaraq 118, 349 dollar olub.

Mavi qazın dəyəri isə 2022-ci ilin dekabr ayından bəri ilk dəfə ticarətin açılışında 1000 kubmetr üçün 850 dolları keçib.

Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb Yaxın Şərqdəki müharibə səbəb göstərilir. Xüsusilə enerji obyektlərinin hava hücumlarına məruz qalması bazarlarda volatilliyi artırıb.

11:50

Londonun ICE birjasında 2026-cı ilin mayında çatdırılmaq şərtilə Brent markalı xam neftin fyuçersləri 115 dolları keçib.

Teleqraf xəbər verir ki, Brent markalı neftin qiyməti 7,17% artıb.

2026-cı ilin may ayında çatdırılma şərtılə WTI xam neftinin fyuçerslərinin qiyməti 0,04% artaraq barel üçün 95,50 dollara çatıb.