BAKI, 24 fevral. TELEQRAF

2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin 61,1 faizi Bakı şəhərinin payına düşüb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə real ifadədə 4,4 faiz çoxdur.

Paytaxtdan sonra pərakəndə ticarət dövriyyəsinin 5,7 faizi Abşeron-Xızı, 4,4 faizi Mərkəzi Aran, 4,1 faizi isə Lənkəran-Astara iqtisadi rayonlarının payına düçüb.

Ötən il pərakəndə ticarət dövriyyəsinin 3,7 faizi Gəncə-Daşkəsən, 3,5 faizi Qazax-Tovuz, 3,1 faizi Quba-Xaçmaz, 2,9 faizi Şirvan-Salyan, 2,8 faizi Şəki-Zaqatala, 2,5 faizi Qarabağ, 2,3 faizi Mil-Muğan iqtisadi rayonlarının, 2 faizi Naxçıvanın, 1,5 faizi Dağlıq Şirvan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.